Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərsə gedərkən donub öldü

Dərsə gedərkən donub öldü

Tarix: 30 Dekabr 2021 09:38

Rusiyanın Moskva vilayətində 11 yaşlı uşaq donaraq ölüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məktəblinin cəsədi vilayətin Dubna şəhərində aşkar edilib.

İlkin məlumata görə, yeniyetmə səhər saatlarında məktəbə getmək məqsədi ilə evdən çıxsa da, son ünvana çata bilməyib.

Sosial şəbəkələrdə yayılan məlumatda isə məktəblinin səhv nömrəli avtobusa mindiyi, lakin geri qayıtmaq üçün pulu olmadığından piyada hərəkət etmək məcburiyyətində qaldığı bildirilir.

Hazırda aidiyyəti qurumlar informasiyanın nə qədər doğru olub-olmadığını araşdırır.


Etiketlər:  Dərsə gedərkən donub öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ