Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 16:55
Aktrisa Dakota Conson sevgilisi Kris Martinlə eşq münasibətlərini gündəmə gətirməyi sevməməklərinin səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir neçə ildir cütlük sevgilidir. Onlar heç vaxt birlikdə foto paylaşmır və bu haqda danışmır.
"Elle" dərgisinə müsahibə verən 32 yaşlı aktrisa bildirib ki, Martinlə evdə çox vaxt keçirməyi sevirlər.
"Uzun müddətdir birlikdəyik. Başqalarının yanında özümüzü göstərməyi sevmirik. Çox nadir halda küçəyə çıxırıq. Əyləncələrin çoxunu da mənim evimdə edirik" deyə, Conson söyləyib.