Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilər arasında populyarlaşan əməliyyat - sinə böyütmə

Kişilər arasında populyarlaşan əməliyyat - sinə böyütmə

Tarix: 30 Dekabr 2021 17:32

Beynəlxalq Estetik Plastik Cərrahiyyə Assosiasiyası (ISAPS) 2020-ci ildə kişilərin sinə böyütmək üçün plastik cərrahiyyə ilə maraqlandığını müəyyən edib. Estetik və Kosmetik Prosedurların illik Qlobal Sorğunun nəticələri şirkətin saytında dərc olunub.

Milli.Az xəbər verir ki, 2020-ci ildə kişilərdə cəmi 22 568 sinə böyütmə əməliyyatı aparılıb ki, bu da dünyadakı bütün oxşar əməliyyatların 1,4 faizini təşkil edir. Eyni zamanda 2171 kişiyə sinə implantları çıxarılıb.

Araşdırma həmçinin müəyyən edib ki, bir il ərzində ümumilikdə 10,1 milyon cərrahi və 14,4 milyon qeyri-cərrahi əməliyyat həyata keçirilib. Bunlardan ən məşhurları sinə böyütmə, liposaksiya, göz qapağı əməliyyatı, rinoplastika və qarın gərmə əməliyyatlarıdır.

Eyni zamanda, həyata keçirilən əməliyyatların sayına görə ABŞ liderlik edir, ondan sonra Braziliya, Almaniya, Türkiyə, Meksika, Argentina, İtaliya, Rusiya və s. Yaponiya göz qapağı cərrahiyyəsi və epilyasiya üzrə, Braziliya isə rinoplastika üzrə liderdir. Qlobal miqyasda Rusiya göz qapağı cərrahiyyəsində üçüncü, döş böyütmə və qarın gərmədə dördüncü, rinoplastikada beşinci yerdədir.

Anar Əli
Milli.Az


Etiketlər:  Kişilər arasında populyarlaşan əməliyyat sinə böyütmə


RƏYLƏR