Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sadəcə ona aşiq oldum"

Tarix: 30 Dekabr 2021 18:20

Çoxseriyalı "Harry Potter" filmində rol alan aktrisa Emma Uatson həmkarı Tom Feltona necə aşiq olduğunu və niyə sözügedən ekran işindən ayrılmaq istədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Toma aşiq olduğu anı belə xatırlayır:

"Dərslərimizin olduğu otağa girdim. Bizə tapşırıq verildi, düşüncənizdə Tanrını necə görünürsə, onu təsvir edin. Tom skeytbordda papaqlı bir qız çəkdi. Və mən sadəcə ona aşiq oldum. Hər gün gəlib zənglər siyahısında onun nömrəsini axtarırdım. Və onun adı orada olsaydı, çox həyəcanlanırdım. O, məndən üç yaş böyük idi və mənə kiçik bacı kimi baxırdı".

Cütlüyün bir neçə dəfə münasibətdə olduğu deyilsə də, Tom və Emma həmişə bu münasibəti inkar ediblər. Onlar bunu aralarındakı dostluqla əlaqələndiriblər.

Emma sözügedən layihədən ayrılmaq istədiyini də açıqlayıb. Şöhrətin qəfil qapısını açdığını dilə gətirən aktrisa hələ çox uşaq olduğunu və məşhurluqdan qorxduğunu bildirib. Şübhələrinə baxmayaraq, Emma layihədən ayrılmağın səhv olacağı qənaətinə gələrək işinə davam edib.

Qeyd edək ki, ekran işində çəkilişləri başlayanda Emmanın 11, Feltonun isə 14 yaşı olub.

Milli.Az


Etiketlər:  Sadəcə ona aşiq oldum


RƏYLƏR