Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 10:30
Türkiyənin qədimi Niğdə şəhərində qızıl axtarışında olan şəxslərin qanunsuz əməlləri təsadüf nəticəsində üzə çıxıb.
Sonxeber.net Metbuat.az-a istinadən bildirir ki, 47 yaşlı qadın tarixi Niğdə qalasının ərazisində gəzərkən qəfil yer yarılıb və o, dərinliyi 6 metr olan boşluğa düşüb. Dərhal əraziyə gələn xilasedicilər qadını xilas edib. Məlum olub ki, ərazinin çökməsinə qızıl axtaran şəxslərin tunel qazması səbəb olub.
Onlar torpağın altında uzunluğu 200 metrə çatan tunel qazıblar. Ərazinin çökdüyünü müşahidə edən şəxslər qaçıblar. Şübhəlilərin axtarışları davam edir.