Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya “Taliban” hökumətini tanımaq üçün şərtini açıqlayıb

Rusiya “Taliban” hökumətini tanımaq üçün şərtini açıqlayıb

Tarix: 31 Dekabr 2021 11:38

Rusiya Əfqanıstanda "Taliban" hökumətini rəsmən tanımaq üçün şərtini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, "Taliban" hökumətinin rəsmən tanınmasından danışmaq hələ tezdir.

S. Lavrov qeyd edib ki, Rusiyanın qərarı Əfqanıstanda hadisələrin necə cərəyan edəcəyindən asılıdır: "Konkretləşdirsək, bu, taliblərin vədlərini nə zaman yerinə yetirməsindən, o cümlədən inklüziv hökumət formalaşdırılması, Əfqanıstan ərazisindən qaynaqlanan terrora və narkotik dövriyyəsinə qarşı effektiv mübarizədən asılıdır. Bunlardan asılı olaraq dünya ictimaiyyətinin digər üzvləri ilə həmrəy şəkildə tədricən "Taliban" Hərəkatının BMT-nin sanksiya siyahısından çıxarılması istiqamətində hərəkət edəcəyik. Bu da Əfqanıstanda yeni hökumətin tanınması üçün əsas yaradacaq".

Milli.Az


Etiketlər:  Rusiya Taliban hökumətini tanımaq üçün şərtini açıqlayıb


RƏYLƏR