Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc idmançı: Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının finallarında oynamaq mənim üçün böyük nailiyyətdir

Gənc idmançı: Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının finallarında oynamaq mənim üçün böyük nailiyyətdir

Tarix: 31 Avqust 2019 14:52

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının finallarında oynamaq və turnir medallarını qazanmaq mənim üçün böyük nailiyyətdir.

Bunu Trend-ə gənc gimnast Alina Gözəlova deyib.

Topla hərəkətlərdə birinci, iplə hərəkətlərdə isə ikinci yeri tutan A.Gözəlova bildirib: "Xalçaya çıxanda həyəcanlandım, amma özümü toplayıb hərəkətləri yerinə yetirə bildim. Topla hərəkətlərdə yaxşı nəticə göstərdim, amma yenə də bu alətlə daha çox çalışacağam. Əlbətdə ki, bugünkü yarışlarda hər şey alınmadı və buna görə qarşıda hələ çox iş var"

Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir

Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirdə 100-dən çox gimnast arena xalçasında öz performansları ilə çıxış edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gənc idmançı Bədii gimnastika üzrə Azərbaycan Bakı Çempionatının finallarında oynamaq mənim üçün böyük nailiyyətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ