Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik''

''Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik''

Tarix: 1 Yanvar 2022 13:16

"Ukrayna mövzusunda hərbi addımlar atılsa, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Dövlət başçısı Vladimir Putinə ağır sanksiyalar tətbiq edəcəyimizi və NATO-dakı müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu daha da artıracağımızı dedim. Putinə açıq dedim ki, Ukraynanı işğal edə bilməyəcək. Ümid edirəm ki, müzakirələr işə yarayacaq", - o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bundan sonra Bayden jurnalistlərə müsahibə verib.

Milli.Az


Etiketlər:  Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik


RƏYLƏR