Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron planlarından danışıb

Makron planlarından danışıb

Tarix: 1 Yanvar 2022 15:52

2022-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasının sədri olan Fransa Avropanın suverenliyini gücləndirmək niyyətindədir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Yeni il müraciətində deyib.

Fransa liderinin fikrincə, suveren Avropa "sərhədlərinə nəzarət edə" bilən Avropadır.

Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının şərq sərhədindəki böhran onun ərazilərini müdafiə etməyin nə qədər vacib olduğunu nümayiş etdirib.

Bununla bağlı Makron vurğulayıb ki, sərhəd mühafizəsi avropalıların təhlükəsizliyinin təmin edilməsi və miqrasiya çağırışını qəbul etmək üçün əsas prioritet və şərtdir.

Fransa rəhbəri hesab edir ki, digər məsələlərlə yanaşı, bu, yüksək gərginlik və hibrid müharibələr vəziyyətlərinin yaranmasının qarşısını alacaq.


Etiketlər:  Makron planlarından danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ