Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2022 16:56
"Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, əsas zərbə Donbassdan deyil, ən sürətli marşrutdan həyata keçiriləcək".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın "Azov" alayının komandiri Denis Prokopenko "NTA" telekanalının efirində deyib.
Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər.
"Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur", - deyə komandir qeyd edib.