Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlyas'' ''O səs''də Azərbaycan mahnısı oxudu - VİDEO

''İlyas'' ''O səs''də Azərbaycan mahnısı oxudu - VİDEO

Tarix: 2 Yanvar 2022 12:24

Bir müddət əvvəl film çəkilişlərinə görə Bakıya gələn türkiyəli aktyor Ozan Akbabadan xəbər var.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas obrazını canlandıran aktyor "O Səs Türkiyə" yarışmasının qonağı olub.

Ozan səhnədə Azərbaycan mahnısı ifa edib. Aktyorun səsləndirdiyi "Sənə də qalmaz" mahnısı zaldakı tamaşaçılar tərəfindən maraq və coşğu ilə qarşılanıb. 

Qeyd edək ki, Ozan Akbaba ötən il Azərbaycana gəlib. Aktyor səfəri zamanı dilbər guşələrimizdən olan Şuşaya və Hadruta yollanıb. O orada fotolar çəkdirərək insatqramda sosial şəbəkə izləyiciləri ilə bölüşüb.


Etiketlər:  İlyas səsdə Azərbaycan mahnısı oxudu VİDEO


RƏYLƏR