Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 21:44
"Buraya qələbə üçün gəlmişdik. Amma belə hesabla qalib gələcəyimizi gözləmirdik. İlk 25 dəqiqədə komandam öz oyununu tapa bilmədi. Bunun da səbəbi “Qəbələ”nin inamlı oyunu idi. Rəqib ardıcıl iki məğlubiyyətdən sonra bu görüşdən qalib ayrılmaq istəyirdi. Biz isə rəqibi özündən çıxarmağa, boşluqlar tapmağa çalışırdıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, futbolçularını qələbə münasibətilə təbrik edib: Bu, hələ işimizin başlanğıcıdır. Amma eyforiyaya qapılmamalıyıq. Qarşıdakı fasilədən səmərəli yararlanmalıyıq. Zədəlilərimiz, cəzalılarımız var, onların sıraya dönməsinə ehtiyacımız var”.