Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin səsdən on dəfələrlə iti uçan pilotsuz təyyarə hazırlayır

Çin səsdən on dəfələrlə iti uçan pilotsuz təyyarə hazırlayır

Tarix: 2 Yanvar 2022 18:22

Çin hipersəs sürətli silah və silah sistemləri sahəsində dünya liderinə çevrilir.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, hazırda bu ölkə unikal pilotsuz aparatın seriya istehsalına hazırlaşır. Həmin PUA 30 MAX sürəti ilə uça bilir, bu isə Rusiyanın silahlanmaya daxil edilmiş "Avanqard" qanadlı döyüş blokundan daha sürətlidir. Həmin blokun sürəti 27 MAX (1 MAX=1062,2 km/saat)  olaraq açıqlanıb. Üstəlik indiki halda pilotsuz təyyarədən söhbət gedir, Rusiyanın nailiyyəti isə hələlik qanadlı döyüş bloku ilə yekunlaşır.

"Sohu" agentliyinin məlumatına görə unikal pilotsuz aparatın sınaqları uğurla tamamlanıb və hazırda bu dronların seriya istehsalına hazırlıq görülür. Aparatın əsas vəzifəsi kəşfiyyatın aparılmasıdır, amma bəzi məlumatlara görə həmin PUA termonüvə silahı ilə zərbələr endirmək üçün də nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ hələlik hipersəs sürətli silahlarda Çin və Rusiyadan xeyli geridə qalır. Analitiklərə görə Çinin hipersəs sürətli silah və pilotsuz sistemlərdə bu cür irəli çıxması onu hərbi baxımdan dünya liderinə çevirə bilər.


Etiketlər:  Çin səsdən dəfələrlə uçan pilotsuz təyyarə hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ