Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 20:10
Ömər b. Xattab (radiyallahu anh)'dan belə rəvayət edilir:
Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşduq. Libası bəyaz, saçı ağ bir şəxs (anidən) yanımıza gəldi. Üzərində yolçuluq əsəri görülmür, bizdən də heç kim onu tanımırdı.
Ömər (radiyallahu anh) deyir ki:
Bu yadelli şəxs, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanında oturdu və dizlərini, onun dizlərinə söykədi. Əllərini də dizləri üzərinə qoydu. Sonra (belə) dedi:
"Ey Muhamməd! İslam nədir?"
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"İslam:
• Allahdan başqa ilah olmadığına;
• Mənim, Allahın rəsulu olduğuna şəhadət etmək;
• Namaz qılmaq;
• Zəkat vermək;
• Ramazan orucunu tutmaq; və
• Kəbəni həcc etməyindir." buyurdu.
Sual soruşan şəxs:
"Doğru söylədin." dedi. Ömər (radiyallahu anh) deyir ki:
"Biz buna heyrət etdik. (Çünki) həm soruşur, həm də doğrulayırdı."
Sonra bu şəxs:
"Ey Muhamməd! İman nədir?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"İman:
• Allaha;
• Onun mələklərinə;
• Peyğəmbərlərinə;
• Kitablarına;
• Axirət gününə; və
• Qədərə -xeyrinə və şərrinə- inanmağındır." buyurdu.
Sual sahibi:
"Doğru söylədin." dedi.
Ömər (radiyallahu anh) deyir ki:
"Biz buna təəccübbləndik. (Çünki) həm soruşur, həm də təsdiq edirdi."
Sual soruşan şəxs (daha sonra):
"Ey Muhamməd! İhsan nədir?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"İhsan, Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Çünki həqiqətən sən Onu görməsən də, O, şübhəsiz səni görür." buyurdu.
Sual sahibi (bu dəfə):
"Qiyamət nə vaxt qopacaq?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Sual soruşulan (şəxs), sual soruşan (şəxs)'dən, (bu xüsusda) daha məlumatlı deyildir." buyurdu.
O şəxs:
"O halda, qiyamətin əlamətləri nələrdir?" dedi.
Nəbi (sallallahu aleyhi və səlləm):
"Cariyənin, öz sahibəsini doğurması (Vəki deyir ki, yəni, ərəb olmayan qadının ərəb uşaq doğması) və yalın ayaq, çılpaq, yoxsul, heyvan çobanlarının (yəni bədəvilərin), yüksək bina tikmək (xüsusun)da bir birilərilə yarışdıqlarını görməyindir." buyurdu.
(Hədisin ikinci dərəcədəki ravisi Abdullah b. Ömər) deyir ki, bir müddət sonra ilk ravi (Ömər b. Xattab) belə dedi:
"3 gün sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm) mənimlə rastlaşdı və:
"(Ey Ömər!) O (sualları soruşan) şəxsin kim olduğunu bilirsənmi?" dedi.
Mən:
"Allah və rəsulu bilir." dedim. Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"O, Cibril'dir. Sizə dininizin məsələlərini öyrətməyə gəldi." dedi.
(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "İman babı", hədis no: 63)
İzahı:
Nəbi (sallallahu aleyhi və səlləm)'ə sual soruşmaq üzərə anidən çıxıb gələn şəxsin, orda olan səhabələr tərəfindən tanınmaması, onun yad elli olduğunu gərəkdirirdi. Lakin üzərində yolçuluq əsərinin olmaması, əksinə, libasının tərtəmiz, ağappaq olması və saçlarının tozlanmayıb qara görülməsi, onun yolçuluq etmədiyini göstərirdi ki, bu hal, ordakıların heyrətini gərəkdirmişdi. Ravi Ömər (radiyallahu anh), öz heyrətini, onun bu halını anlatmaqla ifadə etmişdi.
"ووضع كفيه على فخذيه"
cümləsindəki "fəxzeyhi" zamir'inin (ismin yerini tutan kəlimə, "o" əvəzliyinin) mərci'i, qaynağı:
Allah rəsulu (sallallahu aleyhi və səlləm) və ya gələn o şəxs ola bilər.
Sindi belə açıqlayır:
"Nəvəvi'yə görə, zamirin mərci'i, o şəxsdir. Cümlənin mənası da budur:
'Gələn şəxs, hər 2 əlini, öz dizləri üzərinə qoydu.'
Bəzi alimlər:
"Bu mənanın ədəb əhlinə daha uyğun olduğunu və bu təqdirdə, sual sahibinin bir tələbə kimi diz çökərək oturduğunu, əllərini öz dizləri üzərinə qoyduğunu və hörmətli bir davranış sərgilədiyini ifadə edir." demişlərdir.
Beğavi və başqaları, zamir, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə racidir, demişlərdir. Buna görə, məna belədir:
"Gələn şəxs, hər 2 əlini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dizləri üzərinə qoydu."
Bu şəkil mənalandırma, bir əvvəlki cümlənin mənasına daha münasib düşür. Çünki bu təqdirdə, 2 cümlənin mənası belə olur:
"Dizlərini Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dizlərinə söykədi, əllərini də Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dizləri üzərinə qoydu."
İbn Həcər də, bu ehtimalı tərcih edərək, ibn Xuzeymə'nin rəvayətində:
"Sonra əllərini Allah rəsulunun dizləri üzərinə qoydu."
buyurulmuş olmasını tərcih səbəbi olaraq göstərir və Cibril (əleyhissəlam), bu kobud rəftarı ilə orda olanların, özünü tam bir çöl bədəvisi zənn etmələri ehtimalını qüvvətləndirmək və həqiqi halını yaxşıca gizləmək istəmiş olsa gərəkdir, demişdir.
Cibril (əleyhissəlam)'ın:
"Ya Muhamməd!" diyə Allah rəsuluna mübarək ismi ilə xitab etməsi də, özünü gizləmək və kobud göstərmək üçündür. Sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, adı ilə çağırmaq, insanlar üçün məkruh isə də, mələklər üçün məkruh deyildir.
Bu hədisi, Kütübü'l-Sittə sahibləri, cüzi ləfz fərqlərilə təxric etmişlərdir. Cibrilin özünü tanıtmaq istəmədiyi, bütün rəvayətlərdən anlaşılmaqdadır.
Hədisin bütün rəvayətlərində, Cibril (əleyhissəlam)'ın İslam, iman, ihsanı soruşduğu, daha sonra qiyamətin qopacağı zamanı və əlamətlərini soruşduğu görülür.
İman:
Ərəb dilində bir şeyə inanmaq, bir şeyi təsdiq etmək və qəbullanmaq mənasındadır. Təslim olmaq mənasını da ehtiva edir.
Şəriət'də isə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Allah tərəfindən gətirdiyi qətiliklə bilinən şeylərin hamısında, icmal olaraq Onu qəlbən təsdiq etmək və verdiyi xəbərlərə təslim olmaqdır.
Sadəddin Taftazani, "Şərhu'l-Aqaid" kitabında, "iman" bəhsində belə deyir:
"Mühəqqiqlərin cumhuruna görə, iman, qəlblə təsdiqdən ibarətdir. Dil ilə iqrar, imanın bir parçası deyil, sadəcə dünyəvi hökmlərin icrası baxımından, imanın şərtidir. (Yəni insanın, başqaları tərəfindən mömin sayılması və ona görə haqqında davranılması üçün, dil ilə iqrar şərti axtarılır.) Çünki qəlb ilə təsdiq, gizli bir şeydir. Onun bir əlaməti gərəklidir."
Bu hala görə, qəlbi ilə təsdiq etdiyi halda, dili ilə iqrar etməyən kimsə, dünya hökmləri cəhətindən, mömin sayılmamaqla bərabər, Allah nəzdində mömindir. Cəhənnəmdə əbədi qalmaz.
Dil ilə iqrara mane olacaq dilsizlik və həyatı təhlükə kimi bir üzr olmadığı halda, dil ilə iqrarı tərk etmək, haramdır. Əgər belə bir üzrdən dolayı iqrar yoxdursa, bunun heç bir məhzuru (həzər ediləcək tərəfi) yoxdur. Yəni dil ilə iqrarı istədiyi halda, bir mane dolayısı ilə iqrar edə bilməyən kimsə üçün, iqrar şərti axtarılmır. Dolayısı ilə, belə bir adamın dünya hökmləri cəhətindən də mömin sayıldığı, icma ilə sabitdir.
Dili ilə iqrar edib qəlbi ilə təsdiq etməyən kimsə, münafiqdirsə, dünya hökmləri yönündən mömin sayılır. Lakin Allah qatında kafirdir.
İmanın bu tərifi, Maturidiyyə məzhəbinin imamı imam əbu Mansur əl-Maturidi, imam əbu Hənifə və bir çox Maturidiyyə və Eşariyyə məzhəblərinin iləri gələn alimləri tərəfindən tərcih edilmişdir.
Naslar da bu tərifi təyid edən (dəstəkləyən) mahiyyətdədir. Naslardan bir neçəsini zikr edək:
"...qəlbləri iman gətirmədiyi halda..." (Maidə/41)
"...və qəlbi imanla mutməin olduğu halda..." (Nəhl/106)
"...Allah onların qəlblərinə iman salmış..." (Mücadilə/22)
Bəzi alimlərə görə, iman, qəlb ilə təsdiq və dil ilə iqrardan ibarətdir. Dil ilə iqrar, imanın bir parçasıdır.
• Şəmsu'l-əimmə (imamların günəşi) Səraxsi;
• Faxru'l-İslam (İslam dünyasının iftixar vəsiləsi) Pəzdəvi; və
• bir çox fəqih,
bu tərifi mənimsəmişlərdir. Bu görüşdə olanlar belə deyirlər:
"İmanın təsdiq rüknü, mütləq mövcud olmalıdır. Heç bir surətdə rükn olmaqdan düşməz. Lakin dil ilə iqrar, bəzən rükn olmaqdan çıxar. Yəni belə hallardakı adam, dili ilə iqrar etmədiyinə baxmayaraq, mömin sayılır."
Üzrsüz olaraq, iqrarı tərk edən kimsə, bu tərifə görə, təsdiq etsə belə, Allah nəzdində də mömin sayılmaz, əbədi cəhənnəmlik olar.
Bunların dəlilləri aşağıdakılardır:
"Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla..." (Nəhl/106)
"Allahdan başqa ilah yoxdur deyincəyə qədər, insanlarla döyüşməklə məmur qılındım..."
Əməli ibadətlərdən namazın tərki və görüşlər:
"(Əbu Muti Əl Bəlxi) Dedim: Mənə de görüm, iman edən, lakin namaz qılmayan, oruc tutmayan və bu kimi əməllərdən heç birini yerinə yetirməyən kimsənin imanı ona fayda verərmi?
(Əbu Hənifə) dedi: O Allahın diləməsi altındadır. Dilərsə əzab edər, dilərsə rəhm edər. Davamən belə dedi: Kim Allahın Kitabından bir şey inkar etməzsə o mömindir." (Əbu Hənifə: Əl Fiqhul Əbsat: 47, Təhqiq: Zahid Əl Kəvsəri: 1368)
• Allamə Əbu Ömər, İbn Abdil Bərr (368-463 h/978-1071 m) "Ət Təmhid" adlı əsərində namazın fərz olduğunu qəbul edib tənbəllikdən qılmayan haqqında deyir:
"Ancaq onlar (alimlər) namazın fərziyətini iqrar/qəbul edərək onu tərk edən haqqında ixtilaf etmişlər.
Bəziləri beləsini təkfir etmişdir. Onlardan (təkfir edənlərdən) bəzilərini "Zeyd bin Əsləmin Busr bin Mihcandan" babında zikr etdik.
Cumhur/əksəriyət isə, təsdiq və iqrarın ziddi olan inkar və inad olmadıqca namazı tərk edəni təkfir etməkdən imtina edib. (yəni, namazın fərziyətini qəbul edib qılmayanı təkfir etməmişlər)" ( İbn Abdil Bərr: Ət Təmhid: 9/251, Darul Hədisil Hasəniyyə: 1387/1967)
• Alləmə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Muslim"i şərh edərkən aşağıdakı hədisin açıqlamasında bunları söyləyir:
"İnsanla şirk və küfr arasında namazın tərki vardır."
"Namazı tərk edənə gəlincə, əgər onun vacibliyini inkar edəndirsə, o müsəlmanların icmasıyla kafirdir, İslam millətindən/dinindən çıxmış biridir. Lakin İslamı yeni qəbul etməsi və üzərinə namazın vacibliyinin ona çatması üçün gərəkli bir müddətdə Müsəlmanlarla ünsiyətdə olmaması halında kafir olmaz.
Əgər, onun tərki namazın vacibliyinə etiqad etməklə bərabər tənbəllikdəndirsə - necəki bu insanlardan çoxunun halıdır (hicri 7-ci əsr) - alimlər bu haqda ixtilaf etmişlər.
Malik və Şafi -Allah ikisinə də rəhmət etsin-, sələfin və xələfin cumhurunun (əksəriyyətinin) görüşü: "Kafir olmaz, fasiq olar. Tövbə etməsi istənilər, ya tövbə edər, ya da onu evli olan zinakarın həddi kimi hədlə öldürərik. Lakin, o qılıncla öldürülər."
Sələfdən bir qrupun görüşü belə birisinin kafir sayılacağı yönündədir. Bu (həmçinin) Əli İbni Əbi Talibdən - kərrəmə Allahu vəchəh - rəvayət edilib, bu İmam Əhməd bin Hənbəlin - Allah ona rəhmət etsin - iki görüşündən biridir.
Abdullah bin Əl Mubərək və İshaq bin Rahaveyh də bu görüşdədilər. Bu, Şafinin - Allah ondan razı olsun- əshabından bəzilərinin görüşüdür.
Əbu Hanifə, Kufə əhlindən bir qrup və Şafiinin əshabından Muzəninin - Allah hər ikisinə rəhmət etsin - görüşü: "Kafir sayılmaz və öldürülməz. Namaz qılana qədər həbs və təzir edilər."
Küfrə girdiyini deyənlər, zikr edilən ikinci hədisin zahirini və tövhid kəliməsinə qiyası dəlil gətirmişlər.
"Öldürülməz" deyənlər "Müsəlman adamın qanı ancaq bu üç şeydən biri səbəbilə halal olar..." hədisini dəlil gətirirmişlər və bu hədisdə namaz qeyd edilmir.
Alimlərin cumhuru belə birinin kafir olmamasına Uca Allahın bu sözünü dəlil gətiriblər:
"Həqiqətən Allah ona şərik qoşmağı bağışlamaz, bundan qeyrisini dilədiyi üçün bağışlayar." (Ən Nisa: 4/116)
Həmçinin Nəbinin - sallallahu aleyhi və səlləm - bu sözlərini:
"Kim "Ləə iləhə illəllah" desə Cənnətə girər."
"Kim, Allahdan başqa ilah olmadığını bilərək ölərsə, Cənnətə girər."
"Bir qulun bu iki şeylə (iki şəhadətlə) şəkk etmədən Allaha qovuşub Cənnətdən mən edilməsi mümkün deyil."
"Allah atəşə "Ləə iləhə illəllah" deyəni haram qıldı". Həmçinin başqa hədisləri də dəlil gətirmişlər.
Onun öldürülməsinə isə, Uca Allahın bu sözünü:
"Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr onları sərbəst buraxın..." (Ət-Tövbə: 9/5)
Nəbinin - sallallahu aleyhi və səlləm - bu sözünü:
"İnsanlarla "Ləə iləhə illəllah" deyənə, namaz qılıb, zəkat verənə qədər savaşmaqla əmr olundum, bunu elədikləri zaman qanlarını və mallarınını məndən qorumuş olarlar" dəlil gətirmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - "Qul və küfr arasında namazın tərki vardır" sözünü bu mənaya təvil etmışlər:
"Namazı tərk etməklə kafirin cəzasına layiq olar ki, bu da öldürülməkdir" və ya "(Namazı tərk etməyi) Halal görənə həml edilər" və ya "bu onu küfrə doğru aparar" və ya "elədiyi kafirlərin elədiyidir". Allah ən yaxşı biləndir." (Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 2/70, Misir: 1347/1929)
• Hənbəli fuqahasından Alləmə İbn Qudamə (541-620 h/ 1146-1223 m) namazı tərk edənlər haqda alimlərdən gələn rəvayətləri qeyd etdikdən sonra, belə birisinə müsəlman hökmü verilməsinin daima İslam torpaqlarında davam edən əməli bir icma olduğunu deyir:
"Çünki, bu (namazı tərk edənin kafir olmadığı görüşü) müsəlmanların (əməli) icmasıdır. Belə ki, biz - namazı tərk edənlərin çox olmasına baxmayaraq - hər hansı bir əsrdə namazı tərk edənlərdən bir nəfərin belə öldüyü zaman yuyulmasının, cənazə namazının qılınmasının, müsəlman qəbirstanlğına basdırılmasının tərk edildiyini bilmirik. Eləcədə onun varisləri mirasdan məhrum edilməyiblər, oda ona buraxılan mirasdan məhrum edilməyib, ikisindən biri namazı tərk etdi deyə həyat yoldaşları bir birindən ayrılmayıb.
Əgər namazı tərk edən mürtəd sayılsaydı bu hökmlərin hamısı mütləq reallaşardı.
Müsəlmanlar arasında, namazı tərk edənə qəzanın vacib olduğu haqda bir ixtilaf bilmirik.
Əgər namazı tərk edən bu səbəblə mürtəd olsaydı, nə bir namazın nə də bir orucun qəzası ona vacib olmazdı.
Yuxarıda (namazı tərk edənin kafir olduğu haqda) zikr edilən hədislər isə qorxutma və belə birisini kafirlərə bənzətmək mənasındadır, yoxsa həqiqi mənada deyil." (İbn Qudamə: Əl Muğni: 3/357-358, Riyad: Daru Aləmil Kutub: 1417/1997)
• Böyük Şafi fəqihi Hafiz Zeynuddin Əl İraqi (725-806 h/1325-1404 m) "Tarhut Təsrib fi Şərhit Təqrib" adlı əsərində, namazı tərk edəni təkfir edənlərin görüşlərini və dəlillərini zikr etdikdən sonra deyir:
"Elm əhlinin cumhuru/əksəriyyəti belə demişdir: (Namazı tərk edən kimsə) Vacibliyini inkar etmədiyi zaman, namazı tərk etməklə kafir olmaz.
Bu, digər imamların - Əbu Hənifənin, Malikin, Şafinin görüşüdür. Həmçinin bu görüş İmam Əhməddən bir rəvayətdə gəlmişdir." (Zeynuddin Əl İraqi: Tarhut Təsrib: 2/147, Beyrut: Dar İhyait Turasil Arabi)
• İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Məcmu" adlı əsərində, sələf və xələf alimlərinin əksəriyyətinin namazı tərk edəni kafir saymadıqlarını deyir:
"Vacib olduğuna etiqad etdiyi halda, tənbəllikdən namazı tərk edən kimsə barədə alimlərin görüşləri haqda bab:
Bizim (Şafilərin) məşhur məzhəbimiz, öncə qeyd edildiyi kimi, belə birisinin həddən öldürüləcəyi, təkfir edilməyəcəyidir.
İmam Malikin, Sələf və Xələfin əksəriyyətinin görüşüdə belədir.
Bir qrup isə, təkfir edilib, haqqında hər mövzuda mürtəd hökmlərinin tətbiq ediləcəyini söyləmişdir.
Bu görüş, Əli bin Əbi Talibdən rəvayət edilmişdir. Abdullah ibnul Mubərək, İshaq bin Rahaveyh də bu görüşdədir. Bu, həmçinin Əhməddən gələn iki rəvayətin ən səhihidir.
Bizim əshabımızdan (Şafilərdən) Mənsur əl-Fəqih də, daha öncə qeyd edildiyi kimi bu görüşdədir.
(Sufyan) Əs Səvri, Əbu Hənifə və əshabı, Kufə alimlərindən bir qrup və (Şafinin tələbəsi) Muzəni belə demişlər: nə təkfir edilməz, nə də öldürülməz. Təzir edilər və namaz qılana qədər həbs edilər." (Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 3/16, İdarətut Tibəatil Muniriyyə)
• Maliki alimlərindən İbn Battal (v. 449 h/1057 m) rahiməhullah namazın tərki haqda alimlərin mövqeyini açıqlayaraq deyir:
"İbnul Qassar dedi:
Namaza gəlincə (bütün alimlər) topluluğunun görüşü odur ki, kim namazı qəsdən və onun fərziyyətini inkar edərək tərk edərsə, onun hökmü mürtədin hökmüdür. Tövbəyə dəvət edilər, ya tövbə edər ya öldürülər. Digər fərzləri inkar etməyin hökmüdə belədir.
İxtilaf sadəcə onu inkar etmədən, üzürsüz olaraq "qılmıram" deyən kimsə haqqındadır.
Malikin görüşü odur ki, ona (namazı tərk edənə) içində olduğu vaxtda belə deyilər: "Nə qədər ki, vaxt var qıl". Əgər qılarsa, əl çəkilər, vaxt çıxana qədər imtina edərsə, öldürülər.
İbnul Qassar dedi:
"Əshabımız (malikilər) ixtilaf etmişlər. Bəziləri demişdir: "İstitabə olunar (tövbəyə dəvət edilər), ya tövbə edər, ya öldürülər."
Bəziləri isə demişdir:
"(Tövbə etsə belə) öldürülər. Çünki bu Allahın onun (namazı tərk edənin) üzərinə uyğulanacaq bir həddidir. Tövbə edib namaz qılması bu cəzanı qüvvədən salmaz. Bununla belə o, kafir deyil, zina edən, qatil kimi fasiq olar. İmam Şafinin də görüşü belədir.
(Sufyan) Əs Səvri, Əbu Hənifə və Muzəni demişlər: "Heç bir halda öldürülməz, işi Allaha həvalə edilər."
Kufəlilərin məzhəbində bilinən görüş odur ki, imam/başçı onu namaz qılana qədər cəzalandırar.
Əhməd bin Hənbəl demişdir:
"Namazı tərk edən mürtəddir, kafirdir. Malı feydir (qənimət), miras olmaz, müşriklərin qəbirsanlığında dəfn olunar. İnkar edərək tərk etsin və ya tənbəllikdən, heç bir fərq yoxdur."
Başqa fərzləri tərk etdiyi zaman kafir olmayacağın görüşündə isə, digər alimlərə müvafiq olmuşdur.
Kufəlilər (Əhmədin əleyhinə) hüccət olaraq demişlər:
Alimlər icma etmişlər ki, namazı tərk edən onu qılmaqla əmr olunur. Mürtəd isə, namazla deyil, İslama girməklə əmr olunur.
Həmçinin Allah Rəsulunun - salləllahu aleyhi və səlləm - bu sözünü dəlil gətirmişlər:
"Beş namazı Allah, qulları üzərinə fərz qılmışdır. Kim onları səhlənkarlıq edərək, haqqından bir şey əskiltmədən/kamil bir şəkildə qılarsa, onu Cənnətə daxil etməsi Allah qatında onun üçün bir əhd olar.
Kim də bu namazları qılmazsa, Allah qatında onun bir əhdi olmaz. Dilərsə, ona əzab edər, dilərsə, onu Cənnətə daxil edər".
Bu da dəlildir ki o kafir deyil, çünki kafir Cənnətə girməyəcək." (İbn Battal: Şərhu Sahihil Buxari: 8/577-578, Riyad: Məktəbətur Ruşd)
• Şafi fəqihlərindən Şəmsuddin Əs Səxavi (831-902 h/1427-1497 m) namazı tərk edən haqqındakı rəvayətləri cəm edərək deyir:
"Sual - 211:
Həmd Allahadır.
"Şəri bir üzr olmadan namazı tərk edənin tövhidini Allah qəbul etməz",
"Namazı tərk edənin Nəbiyə - sallallahu aleyhi və səlləm - salavat gətirməsi qəbul edilməz"
sözlərinin hədis olub olmadığı haqda məndən soruşuldu.
Cavab:
Birinci sözə gəlincə bir çox hədisdə, üzr olmadan namazı tərk edən haqqında küfr kəliməsi işlədilib.
Məsələn səhih Müslimdə mərfuən sabit olan Cabir hədisi:
"İnsanla şirk və küfr arasında namazın tərki vardır".
Başqa bir ləfzdə isə belə deyilir:
"İnsanla küfr arasında namazın tərkindən başqa bir şey yoxdur".
Həmçinin Bureydənin mərfu olaraq rəvayət etdiyi və bir çox imamın səhih saydığı hədisi misal vermək olar: "Bizimlə onlar arasındakı əhd namazdır. Kim namazı tərk edərsə küfrə düşər".
Digər bir hədis isə Ənəsin mərfu olaraq rəvayət etdiyidir:
"Kim namazı qəsdən tərk edərsə, açıq şəkildə küfrə düşmüş olar".
Bu kimi bir çox hədis vardır ki, Hafiz Əz Zəki Əl Munziri "Ət Tərğib vət Tərhib" adlı kitabında bunlardan çoxunu zikr etmiş və bu görüşü bir qrup səhabədən nəql etmişdir.
Tabiundan olan Abdullah bin Şəqiq Əl Uqeyli onu bu mövzuda qabaqlamışdır. Beləki, ondan səhih sənədlə belə dediyi rəvayət edilmişdir:
"Muhəmmədin - sallallahu aleyhi və səlləm - əshabı - Allah onlardan razı olsun - namazdan başqa heç bir əməlin tərkini küfr saymazdılar".
Lakin bütün bu nəqllər ancaq o halda zahirinə (həqiqi mənada küfrə) həml olunur ki, namazı tərk edən - müsəlmanlar arasında böyümüş olmaqla bərabər - onun vacibliyini inkar edərək tərk etsin. Çünki, belə birisi bu halda müsəlmanların icmasıyla kafir və mürtəd olar. İslama dönərsə qəbul edilər. Əks halda öldürülər.
Namazı üzrsüz, tənbəllikdən tərk edən, lakin onun vacibliyinə inanan kimsəyə gəlincə, alimlərin cumhurunun görşünə görə belə birisi kafir olmaz.
Həmçinin (məzhəbdəki) səhih görüşə görə, bir namazı zəruri vaxtı çıxana qədər qılmayan mürtəd kimi tövbəyə dəvət edilər. Tövbə etməzsə öldürülər. Məsələn günəş batana qədər zöhr namazını və ya fəcr doğana qədər məğrib namazını tərk edən kimi.
Lakin belə birisinin (müsəlman olduğu üçün) cənazəsi yuyular, cənazə namazı qılınar, müsəlmanların məzarlığında dəfn edilər və ümumiyyətlə müsəlmanların digər hökmləri ona icra edilər.
Namaz qılmayan haqqında küfr kəliməsinin istifadəsini isə onlar belə açıqlayıblar ki, namaz qılmayan bəzi hökmlərdə kafirlərlə müştərəkdir. Müştərək olduqları nöqtə hər ikisinin öldürülməsinin vacib olduğudur.
Beləcə (təkfirə işarə edən) bu nasslarla Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - səhih olaraq rəvayət edilmiş (Müsəlman olduğuna işarə edən) digər nassları cəm ediblər. İkinci qrup (namaz qılmayanın kafir olmadığına dəlalət edən) hədislərdən bəziləri:
"Beş vaxt namazı Allah fərz qılmışdır. Kim gözəl bir şəkildə dəstəmaz alar, bu namazları vaxtında qılar, rukularını tam şəkildə edib, xuşuyla qılarsa, Allahın onu bağışlaması haqda Onun qatında əhdi olar.
Kim bunu etməzsə, onun Allah qatında bir əhdi yoxdur. Dilərsə onu bağışlar, dilərsə əzab edər."
Digər bir hədisdə isə deyilir:
"Kim Allahdan başqa ilah olmadığını bilərək ölərsə Cənnətə daxil olar". Buna bənzər başqa hədislərdə var.
Bu səbəblə müsəlmanlar həmişə namaz qılmayandan miras alıblar və onu mirasçı qılıblar. Əgər namaz qılmayan kafir olsaydı bağışlanmazdı, miras almaz və mirasçı buraxmazdı." (Şəmsuddin Əs Səxavi: Əl Əcvibətul Mərdiyyə fi mə Suiləs Saxavi: 817-820, Riyad: Darur Rayə: 1418)
• Şafilərdən Siracuddin İbnul Mulaqqin (723-804 h/1323-1401 m) "Beş vaxt namaza riayət edənin Cənnətə girəcəyi, etməyənin isə Allahın diləməsi altında olması" haqda Ubədə hədisi və namaz qılmayanın İblisə qiyas edilməsi üzərinə bunları deyir:
"Ubadə hədisi Əhmədin fikrini rədd edir. Sabitdir ki, kafir qəti şəkildə Cəhənnəmlikdir. Onun haqqında belə deyilməsi caiz deyil. Buradan anlayırıq ki, Nəbi - aleyhissəlam - inkar edərək deyil, tənbəlliklə tərk edəni qəsd edir.
İblisin səcdədən üz çevirib, kafir olmasında da Əhməd üçün bir dəlil yoxdur. Çünki o, Allaha qarşı inad edib, təkəbbürlənmiş, üsyanını açıqdan elan edərək əmrini rədd etmişdi. O sadə inkarçıdan və onun mislindəkindən daha betərdir. Çünki o, yəqin olduğu halda inkar etmişdi." (Siracuddin İbnul Mulaqqin: Ət Təvdih: 31/533-534, Darul Fəlah: 1429/2008)
• Malikin elmi mirasının məşhur davamçılarından İbn Sahnun (202-256 h/817-870 m) namazı tənbəllikdən tərk edənin kafir deyil, fasiq olacağı görüşünü Səhabə və Tabiunun əksəriyyətinə nisbət edir:
"Namazın tərki iki cürdür:
1. Bir insan namazı tərk edər və "namaz nə mənə nə heç kimə vacib deyil" deyərsə, yaxud dəstəmazın, Orucun və ya Zəkatın fərziyyətini inkar edərsə, ya da İslamın fərzlərindən hərhansı bir fərzi inkar edərsə, hökmü mürtədin hökmüdür. Üç gün tövbəyə dəvət edilər, əgər tövbəyə yanaşmaz və inkarına davam edərsə kafir olaraq öldürülər.
Belə birinin malı haqqında ixtilaf edilmişdir. Bəzilərinə görə əgər beytul mal düzgün istifadə edilirsə ora verilər. Yox beytul mal məqsədə uyğun paylaşdırılmırsa fəqir və miskinlər arasında bölüşdürülər. Digər görüşə görə malı müsəlman varislərinə aiddir.
2. Əgər namazı məsuliyyətsizliyindən, tənbəllik və vecsizliyindən tərk edib, lakin vacibliyini də qəbul edirsə, belə birisi tədib edilər və ağır bir şəkildə cəzalandırılar. Çünki namazın tərki uca Allah qatında ən böyük günahlardandır. Bu hökm vacibliyi qəbul edib, qılacağını vəd edən haqqındadır.
Lakin vacibliyini qəbul edib, "namaz qılmayacam" deyərək imtina edənə gəlincə, ona əmr edilən namaz vaxtının çıxmasına baxılar. Əgər vaxt bitər və qılmazsa öldürülər.
Öldürülmə səbəbi haqda ixtilaf edilib. Səhabə və Tabiun alimlərinin cumhuru/əksəriyyəti deyir: Belə birisi hədd olaraq öldürülər və müsəlman məzarlığında basdırılar. Malı da müsəlman varislərinə aiddir. Çünki o, asi bir mömindir.
Digər bir görüşə görə kafir olaraq öldürülər və müsəlman məzarlığında basdırılmaz. Müsəlman varisləri ona mirasçı olmaz. Malı beytul mala verilər. Bu, İbn Həbib və Tabiundan bir qrupun görüşüdür.
Onların bu məsələdəki dayanağı Nəbinin - sallallahu aleyhi və səlləm - "Mömin qulla kafir arasında namazın tərki vardır" hədisidir.
Hədisin zahiri, hansı formada tərk etdiyindən asılı olmayaraq ümumilik ifadə edir. Alimlərin cumhuru isə hədisin namazın vacibliyini inkar edən haqqında olduğunu deyiblər." (İbn Sahnun: Fətəva İbn Sahnun: 438-39, Daru İbn Qeyyim: 1432/2011)
İmanın məqbul və səhih olması üçün 3 şərt vardır:
1. İman, ümidsizlik halında olmayacaqdır. Əgər Allahın əzabını və ya axirətə aid hər hansı bir halı gözləri ilə müşahidə etdikdən sonra, bir kimsə iman edərsə, onun imanı məqbul deyildir. Bunun üçündür ki, son nəfəsini verərkən, iman edən kafirin imanı, səhih deyildir. Necə ki, Allah (azzə və cəllə), Ğafir/84-85 ayətlərində belə buyurur:
"Onlar əzabımızı daddıqda:
'Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik!' Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar."
2. İman edən kimsə, dindən olduğu qətiliklə bilinən bir hökmü inkar və ya təkzib etməyəcəkdir. Məsələn:
Bir kimsə, dinin bütün hökmlərinə iman etdiyi halda, namaz, oruc, zəkat və həcc kimi dinin zəruriyyətindən olan şeylərdən birini inkar və ya təkzib edərsə, mömin sayılmaz. Çünki belə bir adam, dolaylı yolla Quran və Muhamməd (sallallahu aleyhi və səlləm)'i inkar etmiş olur.
3. Dinin bütün hökmlərini bəyənərək qəbul edəcək, heç bir hökmünü həqir (kiçik) görməyəcəkdir. Məsələn:
Namazı bəyənməyən və ya Allaha qarşı inad olsun deyə qəsdən ifa etməyən kimsə, mömin olmaqdan çıxar.
İman və İslam sözləri haqqındakı fərqli izahlar və imam Ğazzali'nin görüşü:
"İman və İslam sözlərinin istifadəsi, 3 fərqli cəhətdən dəyərləndirilmişdir:
• Birinci cəhət:
Alimlər, İslamın:
1. İmanın eynidirmi?
2. İmandan fərqli şeylərdirmi?
İmandan fərqli bir şeydirsə:
3. İmandan ayrıdırmı, onsuz mövcud ola bilərmi?
4. Və ya imanla bağlantılı olub onun ayrılmaz bir parçasıdırmı?
şəklində, mövzunu fərqli nöqtələrdən dəyərləndirməyə tabe tutmuş və bu dəyərləndirmə nəticəsində:
1. İman ilə İslam eyni şeydir;
2. İkisi də birləşməyən, bir birindən fərqli şeylərdir;
3. İkisi də ayrı-ayrı şeylər olmaqla birlikdə, bir birilərilə irtibatları vardır.
görüşləri iləri sürülmüşdür.
Əbu Talib əl-Məkki, bu mövzuda, olduqca girift və bir xeyli uzun bir məqalə qələmə almışdır. Biz, heç bir fayda verməyən bu şeylərə meyl etmədən, yerindəcə həqiqəti açıqlamağa girişərək, məsələnin 3 nöqtədən incələnməsi gərəkdiyini söyləyək:
• Birinci incələmə nöqtəsi:
2 sözün lüğət cəhətindən nəyi gərəkdirdikləri;
• İkinci incələmə nöqtəsi:
Şəriətin mütləq ifadələrində bu 2 kəlimə hansı mənalarda istifadə edilmişdir;
• Üçüncü incələmə nöqtəsi:
Dünya və axirətdəki hökmlərinin nələr olduğu.
• Birinci incələmə nöqtəsi:
2 sözün lüğət cəhətindən nəyi gərəkdirdiklərinə dairdir.
Bu nöqtədə söylənəcək ilk həqiqət budur:
İman, təsdiqdən ibarətdir. Allah Taala, bir ayətdə belə buyurur:
"...sən inanan deyilsən..." (Yusuf/17)
"İnanan deyilsən" diyə məna verən "mu'min" kəliməsi, burda:
"təsdiq edən, sözümüzü doğrulayar deyilsən" mənasına gələn "musaddiq" kəliməsilə təfsir edilməkdədir.
İslam kəliməsi isə, təslimiyyət, şüurlu və içdən bir bağlılıqla bağlanmaq, kibir və inadı tərk etmək deməkdir. Təsdiqin özəl bir yeri vardır, o da qəlbdir. Dil də qəlbdəki təsdiqin tərcüməçisidir.
Təslimiyyət, ümumilik ifadə edib, qəlb, dil və digər bütün orqanları muhtəvasına alır. Elə isə, qəlblə təsdiq demək, təslim olmaq, qarşı gəlməyi və inkarı tərk etmək deməkdir.
Dil ilə etiraf da belə olduğu kimi, digər orqanlarla itaət edib bağlılıq göstərmək də belədir.
Elə isə, lüğət mənasının gərəklərinə görə, İslam, daha geniş, iman isə, daha xüsusi bir mənada istifadə edilməkdədir. Sanki iman, İslamın şərəfli bir parçası kimi olmuş olur. O halda:
"Hər təsdiq, təslimiyyətdir, ancaq hər təslimiyyət, təsdiq etmək deyildir." (Başqa bir sözlə, hər mömin, müsəlmandır, lakin hər müsəlman mömin deyildir.)
İkinci incələmə mövzusu:
Şəriətin mütləq ifadələrində bu 2 kəlimənin hansı mənalarda istifadə edildiyinə dairdir:
Bu mövzuda söylənəcək ilk həqiqət budur:
Şəriət, iman və islam kəlimələrini eyni mənalı 2 kəlimə olaraq istifadə etdiyi kimi, bir birindən fərqli mənalarda və bəzən də bir biri yerində istifadə etmişdir. Bu 2 kəlimənin şəriət dilində eyni mənada istifadə edildiklərini, aşağıda tərcümələri verilən ayət və hədislərdə görməkdəyik:
"Biz orada olan möminləri o kənddən çıxartdıq. Amma orada bir evdən başqa müsəlman tapmadıq." (Zariyat/35-36)
Bu ayətdə "əl-muminun=inananlar" və "əl-muslimun=müsəlmanlar" kəlimələri, eyni mənada istifadə edilmişlərdir. Bütün təfsir alimləri, Lutun yaşadığı yerdə Özü ilə qızlarının evindən başqa bir müsəlman evi olmadığı mövzusunda ittifaq etmişlərdir.
Digər bir ayət:
"Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!" (Yunus/84)
Bu ayətdə də iman və islam köklərindən alınmış olan "əməntum və muslimun" kəlimələri, eyni mənada istifadə edilmişdir.
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
İslam, 5 təməl üzərinə bina edilmişdir:
"1. Allahdan başqa İlah olmadığına və Muhammədin Allahın elçisi olduğuna şahidlik etmək;
2. Namaz qılmaq;
3. Zəkat vermək;
4. Həccə getmək;
5. Ramazan orucunu tutmaqdır."
buyurmuş ikən, bir başqa zaman Özünə imanın nə olduğu soruşulduğunda, yenə bu 5 maddə ilə cavab vermişdir.
İman və İslam sözlərinin şəriət dilində fərqli mənalarda istifadə edildiyini də, yenə aşağıdakı ayət və hədislərdə görməkdəyik:
"Bədəvilər: "Biz iman gətirdik!"- dedilər. De: "Siz qəlbən iman gətirmədiniz! Ancaq: "Biz müsəlman olduq!"- deyin." (Hucurat/14)
Ayət mətnində yer alan "əmənnə"= "iman etdik" kəliməsi, zahirdə "təslim olduq" mənasında istifadə edilmişdir. Elə isə, bu ayətdə Allah:
• iman kəliməsi ilə yalnız qəlbən edilən təsdiqi;
• islam kökündən alınmış "əsləmnə"= "müsəlman olduq" sözü ilə də, dil və digər orqanlarla zahirən göstərilən təslimiyyəti murad buyurmuşdur.
Cibril hədisi diyə məşhurlaşan hədisdə, Cəbrail (əleyhissəlam), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə imanın nə olduğunu soruşduğunda, Peyğəmbər:
"İman, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, ölüm sonrası dirilişə, hesaba, xeyir və şərr ilə qədərə inanmağındır." diyə cavab vermişdir.
"Bəs İslam nədir?" şəklindəki sualını isə, yenə bu 5 maddə ilə cavablandırmış və İslamın söz və əməllə zahirən təslim demək olduğunu ifadə etmişdir.
Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'ın rəvayət etdiyi hədisdə belə deyilir:
"Bir dəfə Allah rəsulu bir nəfərə bir şeylər verib, bir başqasına heç bir şey verməyincə, Sa'd:
-Ey Allahın rəsulu! Filan kəsə bir şey vermədin, halbuki özü bir mömindir deyincə, Allah rəsulu:
-Və ya bir müsəlmandır, buyurur.
Sa'd sözlərini yeniləyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də eyni sözlərilə qarşılıq verir.
(Bu hədisdən də mömin və müsəlman kəlimələri fərqli mənalarda istifadə edilmişlərdir.)
İslam və iman kəlimələrinin şəriət dilində bir biriləri yerində istifadə edildiklərini də bu hədisdə görməkdəyik:
Rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə hansı əməllərin üstün olduğu soruşulduqda:
-İslam'dır, diyə cavab verir.
Sualı soruşan:
-Hansı İslam daha fəzilətlidir?
Allah rəsulu:
-İman, buyurur.
Bu hədis, İslam və iman kəlimələrinin həm bir birilərindən ayrı mənalarda istifadə edildiklərini, həm də bir biriləri yerində istifadə edildiklərini göstərməktədir.
Amma bir biriləri yerində istifadə edilmiş olması, lüğət cəhətdən daha uyğun görünməktədir. Çünki iman da bir əməl olub, əməllərin ən fəzilətlisidir.
İslam isə, qəlb və ya dil və ya digər orqanlarla təslimiyyətdir. Ancaq bunların ən dəyərlisi də, qəlblə edilən və iman diyə adlandırılan təsdiqdir.
İman və İslam kəlimələrinin həm fərqli, həm eyni və həm də tədaxuli, yəni bir birinin digərinin mənasını da əhatə edər bir şəkildə istifadə edilmələri, lüğət cəhətdən mümkündür.
Məsələni ayrı-ayrı mənalarda istifadələri cəhətindən ələ aldığımızda:
İmanın, yalnız qəlblə edilən təsdiqdən ibarət olduğunu söyləyərik. Bu məna, lüğət mınası ilə də eynilik təşkil edər.
İslam isə, görünüşdə təslimiyyət göstərmək deməkdir və bu məna da lüğət mənası ilə eynilik göstərir. Çünki təslimiyyət, bəzən təslimin isnad edildiyi yerə də verilə bilər. Bu tərzdə bir isimləndirməyə getmək üçün, mənanın, məhəllin bütününü əhatə etməsi gərəkməz. (Yəni bir kimsəyə müsəlman demək üçün, lüğət mənasının ön gördüyü şəkildə 3 qismi ilə də təslim olması şərt deyildir.)
Məsələn, bədənin hər hansı bir orqanı ilə başqasına toxunan bir kimsəyə toxunan mənasında "lamis" adı verilə bilir. Və bu kimsənin bütün bədəni ilə toxunması da, ön görülmür.
Elə isə, İslam kəliməsinin görünürdəki təslimiyyət mənasında istifadə edilməsi, batini təslimiyyət olmasa da, dil cəhətindən uyğundur. Hucurat surəsinin 14-cü ayətindəki "əsləmnə= müsəlman olduq" kəliməsi, bu mənada dəyərləndirilmişdir.
Yenə Peyğəmbərimiz (sallallahu aleyh