Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah bu avtomobil tuneli bağlanır

Sabah bu avtomobil tuneli  bağlanır

Tarix: 2 Yanvar 2022 20:46

Sabah saat 11:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Koroğlu qovşağı istiqamətində yerləşən sonuncu avtomobil tunelində işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək:

"Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur"


Etiketlər:  Sabah avtomobil tuneli bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ