Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi Bekhemin klubu ilə müqavilə imzalaya bilər

Messi Bekhemin klubu ilə müqavilə imzalaya bilər

Tarix: 3 Yanvar 2022 09:56

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu 2023-cü ildə "İnter Mayami" ilə müqavilə imzalayacaq.

Daha əvvəl argentinalı forvardın Mayamidə daşınmaz əmlak aldığı bəlli olub. "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya "Barselona"sından PSJ-yə keçib. Paris təmsilçisi ötən gün hücumçunun koronavirusa yoluxduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  Messi Bekhemin klubu ilə müqavilə imzalaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ