Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə qadın özünü asıb

Şəmkirdə qadın özünü asıb

Tarix: 4 Yanvar 2022 08:14

Şəmkir rayonunda qadın intihar edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Şeyidlər kəndində qeydə alınıb. Kənd sakini, təxminən 55-60 yaşlı Telnaz Əliyeva yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Qeyd edək ki, qadının həyat yoldaşı bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib. O, oğlu ilə birlikdə yaşayırmış.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Etiketlər:  Şəmkirdə qadın özünü asıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ