Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YARAT sabahdan sərgi salonlarını ziyarətçilər üçün açıq elan edir

YARAT sabahdan sərgi salonlarını ziyarətçilər üçün açıq elan edir

Tarix: 4 Yanvar 2022 08:15

YARAT Müasir İncəsənət Mərkəzi yanvarın 4-dən etibarən sərgi salonlarını ziyarətçilər üçün açıq elan edəcək.

YARAT-dan bildirilib ki, hazırda Azərbaycan Rəngkarlıq Muzeyində yer alan Abşeron rəngkarlığının görkəmli nümayəndəsi Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" sərgisidir. Sərginin əsas ideyası - rəssamla seyrçi arasında "ünsiyyətə" nail olaraq, sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır. Burada rəssamın öz şeirlərini oxuduğu səs yazıları və onun şəxsi arxivindən seçilmiş fotolar nümayiş edilir. Bununla yanaşı, sərgidə Mir Nadir Zeynalovun musiqi alətlərdən ibarət şəxsi kolleksiyası da sərgilənir.

Sərginin kuratoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.

Xatırladaq ki, Rəngkarlıq Muzeyi saat 12:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Giriş ödənişsizdir


Etiketlər:  YARAT sabahdan sərgi salonlarını ziyarətçilər üçün açıq elan edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ