Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 09:40
Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.