Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 11:46
İşğaldan azad edilən Füzuli rayonunda quruculuq və abadlıq işləri zamanı müxtəlif tarixi əşyalar tapılıb. Həmin tapıntılara küpləri, kasaları, müxtəlif mis əşyaları, eramızın ı minilliyə aid xəncəri və digərlərini misal göstərmək olar. Tapıntılar füzuli tarix diyarşünaslıq muzeyinə təhvil verilib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 2-ci Qarabağ Müharibəsindən sonra işğaldan azad edilən Füzuli rayonunun ərazisində aparılan quruculuq işləri zamanı təkcə hərbi sursatlar deyil, həm də tarixi əşyalara da aşkar edilib.
Hazırda rayonun Tarix-Diyarşünaslıq muzeyində saxlanan tapıntılar arasında eramızın I minilliyinə aid əşyalara da rast gəlmək mümkündür.
Bu tarixi əşyalar arasında Şuşa şəhərində aşkarlanan qədim əşyalar da var. Bu əşyalar ilkin tapıntılardır. Müsahibimiz deyir ki, yaxın vaxtlarda sözügedən ərazilərdə arxeoloji qazıntıların aparılacağı da istisna edilmir. Muzeyin direktoru əlavə edib ki, gələcəkdə Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərdə yeni muzeylər də yaradılacaq. Tapılan əşyalar ora təhvil veriləcək.