Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qadın ərini balta ilə qətlə yetirdi - YENİLƏNİB - TƏFƏRRÜAT

Azərbaycanda qadın ərini balta ilə qətlə yetirdi - YENİLƏNİB - TƏFƏRRÜAT

Tarix: 4 Yanvar 2022 13:50

13:48

Ağstafa rayonunda qadının həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.

Sonxeber.net bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib.

O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.

A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.

O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub.

Qeyd edək ki, onların 2 övladı var.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

---------

12:43

Ağstafa kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

Sonxeber.net bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. İlkin məlum ata görə, hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Azərbaycanda qadın ərini balta ilə qətlə yetirdi YENİLƏNİB TƏFƏRRÜAT


RƏYLƏR