Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 14:50
Fransalı məşhur şoumen İqor Boqdanoff vəfat edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 72 yaşlı şoumen əkiz qardaşı Qriqoridən 6 gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, Boqdanoff qardaşları dekabrın 15-də koronavirus səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Qriqori xəstəlikdən iki həftə sonra vəfat etmişdi.
Boqdanoff qardaşları 1970-ci illərin sonundan Fransada uğurlu televiziya proqramları ilə məşhurluq qazanmağa başlayıblar. Xüsusilə, onların 1982-ci ildə "2002: Gələcəyin Odisseyi" teleşousu uğurlu olub. Bununla belə, qardaşların bir sıra çıxışları elmi ictimaiyyətin kəskin tənqidi ilə üzləşib və onları yalançı hesab ediblər. Qardaşların nəşr etdiyi elmi-populyar kitablar da tənqidlərdən yayına bilməyib.
1990-cı illərin sonunda qardaşlar doktorluq dissertasiyalarını müdafiə edib. Lakin 2010-cu ildə Riyaziyyat və Nəzəri Fizika üzrə Milli Tədqiqat Komitəsi onların işinin heç bir elmi dəyəri olmadığını bəyan edib.
Qardaşların əsl adları İqor Yuryeviç və Qriqor Yuryeviç Ostasenko-Boqdanoffdur. Onlar 1979-cu ildə ilk elmi-fantastik proqram "Time X"-in (Temps X), zamanla "Dördüncü Ölçü", "Məhkum", "İşğalçılar" kimi bir sıra verilişlərin aparıcısı olublar.