Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaku "Çelsi"ni başqa bir London nəhənginə dəyişir - İDDİA

Lukaku

Tarix: 4 Yanvar 2022 16:08

Romelu Lukaku "Çelsi" ilə yollarını ayırmağa hazırlaşır. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxellə aralarının yaxşı olmaması 28 yaşlı hücumçunu  bu addımı atmağa məcbur edib. Belçikalı futbolçu "İnter"də ( Milan ) birgə çalışdığı Antonio Kontenin  "Tottenhem"inə keçəcəyi gözlənilir. Onun "zadəganlar"la hazırkı sözləşməsi 2026-cı ildə başa çatır.

Xatırladaq ki, bir müddət əvvəl Lukaku "Sky Sports"a verdiyi müsahibəsində Tuxelin onun taktikasına uyğun gəlmədiyini və keçmiş klubu "İnter"ə qayıtmaq istədiyi barədə fikirlər səsləndirmişdi.

Qeyd edək ki, Lukaku bu mövsüm London təmsilçisi ilə 17 matçda 7 qol və 2 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Lukaku Çelsini başqa bir London nəhənginə dəyişir İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ