Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 20:08
"L'Équipe" jurnalı 2021-ci il üçün simvolik futbol komandasını təqdim edib.
"Qızıl top"un hazırkı sahibi, PSJ-nin hücumçusu Lionel Messi və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldoya ilin komandasına daxil edilməyib.
Jurnalın versiyasına görə, 2021-ci ilin simvolik yığması aşağıdakı futbolçulardan təşkil olunub:
Qapıçı: Edvard Mendi (Çelsi).
Müdafiəçilər: Trent Alexander-Arnold ("Liverpul"), Ruben Diaş ("Mançester Siti"), Markinyos ("Paris Sen-Jermen"), Teo Ernandes ("Milan").
Yarımmüdafiəçilər: N'Qolo Kante ("Çelsi"), Jorjinyo ("Çelsi"), Kevin De Bruyne ("Mançester Siti"), Məhəmməd Salah ("Liverpul").
Hücumçular: Kərim Benzema ("Real Madrid"), Robert Levandovski ("Bayern").