Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 21:26
Fransada sutkalıq yoluxma göstəricisi 300 min nəfərə yaxınlaşıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Oliviye Veran parlamentdə çıxışı zamanı deyib. Lakin nazir konkret rəqəm göstərməyib.
Yoluxmalardakı sıçrayışla artımı koronavirusun Omikron variantı ilə izah edən nazir bildirib ki, ağır xəstələrin əksəriyyəti peyvənd olunmayanlardır. Reanimasiyadakı hər 20 xəstədən yalnız biri tam vaksinasiya keçmiş şəxslərdir.
"Figaro"nun məlumatına görə, ölkədəki xəstəxanaların yüklənməsi ilə bağlı dəqiq məlumat yoxdur. Tibb müəssisələrinə gündə orta hesabla 2000 koronavirus xəstəsi daxil olur. Son 4 gündə aparılmış testlərin 15%-i müsbət nəticə verib ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.