Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 22:48
Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və onu yaşadığı ünvana geri qaytarıblar.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.