Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 10:45
Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov maraqlı açıqlamaları ilə diqqət çəkib.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, "Gəl qonaq ol" proqramında qonaq olan cütlük şəxsi həyatları barədə verilən sualları cavablandırıb.
Z. Bayramov Sevdanın çox qısqanc olduğunu bildirib:
"Təbii ki, qısqanclıqlar olur. Nə yaxşı ki, ifrat dərəcədə deyil. Sevdanın mənə qarşı qısqanc olması normadadır. Biz Sevda xanımla ruhən bir-birimizə bənzəyirik. Ailə qurandan sonra başa düşdük ki, çox uyğunuq. Sevda yanımdadırsa, özümü çox xoşbəxt hiss edirəm".
Sevda isə həyat yoldaşının açıqlamasına "Mən də razılaşıram. Biz bir-birimizi tamamlayırıq. Bir il 3 aydır ki, ailə qurmuşuq. Çox sevinirəm ki, onun kimi bir insan qarşıma çıxıb",- deyərək əlavə edib.