Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

21 gün əvvəl müqavilə bağladığı klubdan ayrılır

21 gün əvvəl müqavilə bağladığı klubdan ayrılır

Tarix: 1 Sentyabr 2019 13:32

“Atalanta”nın yeni transferi Martin Şkrtel klubu tərk edəcək.

Qol.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin fiziki durumu baş məşqçi Can Pyero Qasperinini qane etmir.

Qeyd edək ki, slovakiyalı futbolçu İtaliya klubuna cəmi 21 gün əvvəl – avqustun əvvəllərində keçib. O, “Atalanta” ilə bir illik müqavilə imzalayıb. Bu sənədin qarşılıqlı razılaşma ilə ləğv olunacağı bildirilib.

Şkratelin son klubu İstanbul “Fənərbaxça”sı olub.

 


Etiketlər:  21 gün əvvəl müqavilə bağladığı klubdan ayrılır


RƏYLƏR