Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2025 19:58
Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern" almaniya çempionatında növbəti oyununa çıxıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir emreli bu dəfə də heyətə daxil edilməyib.
O, komandanın 23 nəfərlik iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə problemlər yaşamaqda davam edir. O, baş məşqçi Torsten Liberknextin "qara siyahı"sına düşüb. Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.