Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Afinaya xəbərdarlıq...

Türkiyədən Afinaya xəbərdarlıq...

Tarix: 5 Yanvar 2022 11:30

Yunanıstan bir tərəfdən ölkəmizə qarşı reallıqdan uzaq iddialar irəli sürərkən, digər tərəfdən həm Egey, həm də Aralıq dənizində beynəlxalq hüquqa zidd olan maksimalist iddialarını və gərginliyi artıran fəaliyyətini davam etdirir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Biz Yunanıstanın ölkəmizin hüquq və mənafelərini müdafiə etmək istəyinin təhdid kimi müəyyən edilməsini və bu istiqamətdə qeyri-real təsəvvür yaratmaq cəhdlərini rədd edirik. Bölgədə təhlükə varsa, bu təhlükə Yunanıstanın gərginliyi artıran birtərəfli hərəkətlərindən irəli gəlir.

Biz bir daha Yunanıstanı təxribatçı ritorika və populist motivlərlə fəaliyyət göstərmək əvəzinə sağlam düşüncəyə qayıtmağa, beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə hörmət etməyə dəvət edirik", - deyə məlumatda bildirilir.


Etiketlər:  Türkiyədən Afinaya xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ