Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 12:45
Azərbaycanlı model Diana Əhədpur yeni fotosessiya etdirib.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, model kamera qarşısına keçərək müxtəlif fotolar çəkdirib. Diana şəkillərdə "Pişik qadın" obrazında olub. Əhədpur fotoları 1,2 milyon izləyicisi olan instaqram hesabında yayımlayıb. Diananın yeni şəkilləri müzakirələrə səbəb olub. Buna səbəb onun bahalı geyimi və boyunbağısı olub.
Belə ki, modelin "New arrivals" markasına aid libası 321 dollardır.(təxminən 545 AZN) Modelin "Saint Laurent" brendinə məxsus ayaqqabısının qiyməti isə 995 dollar (təxminən 1691 AZN) olub.
Diana xarici brendlərə məxsus geyimini bahalı boyunbağı ilə tamamalayıb. Onun zinət əşyasının qiyməti 146 min 178 dollardır. (təxminən 248 min 502 AZN)
Əhədpur geyiminə ümumilikdə 147 min 494 dollar (təxminən 250 min 739 AZN) pul xərcləyib.
Qeyd edək ki, Diana sonuncu dəfə şəxsi həyatı ilə bağlı verdiyi qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Onun evləndiyi şəxs haqqında "Fərqi yoxdur yaşlıdır, əsas pulu çox olsun" sözlərini söyləməsi uzun müddət ölkə mətbuatında xeyli müzakirələrə səbəb olmuşdu.