Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 13:50
Şirvanda dünəndən etibarən 27 manata satılan 50 kiloqramlıq un 36 manat 80 qəpiyə, hətta bəzi yerlərdə 38 manata satılır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, un satışı ilə məşğul olan iri ticarət mərkəzlərindən bildiriblər ki, qiymət iri un istehsalçıları tərəfindən qaldırılıb.
Çörəyin qiymətində isə hələ ki, artım müşahidə olunmayıb.
Sabirabadda da unun qiyməti dünən axşamdan artıb. Çörəyin qiyməti isə hələ ki, dəyişməyib.
Tovuzda da 30 manata satılan 50 kiloqramlıq un indi alıcılara 38-40 manata təklif olunur.
Satıcılar isə qiyməti artırmadıqlarını bildirirlər.
Sahibkarlar bahalaşmanı dünya bazarında ərzaq buğdasının qiymətinin artması ilə əlaqələndirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: