Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsrin ən yaxşı bombardirləri açıqlanıb

Əsrin ən yaxşı bombardirləri açıqlanıb

Tarix: 5 Yanvar 2022 19:50

Milli çempionatların yüksək liqasında XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport yazır ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ 2001-21-ci illərdə ən azı 200 qol vuranlar daxil edilib.

Buna dünyanın 64 futbolçusu nail olub. Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı 487 qol vurub.

Ondan 12 top geri qalan Lionel Messi ikincidir. İlk "üçlüy"ü Zlatan İbrahimoviç qapayır - 391 qol.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 487
2. Lionel Messi (Argentina) - 475
3. Zlatan İbrahimoviç (İsveç) - 391
4. Luis Suares (Uruqvay) - 352
5. Robert Levandovskl (Polşa) - 328
6. Aleksandar Duriç (Sinqapur) - 304
7. Ali Aşfaq (Malayziya) - 290
8. Xose Alfredo Kastilyo (Boliviya) - 288
9. Martin Kombarov (Bolqarıstan) - 288
10. Serxio Aquero (Argentina) - 282

Milli.Az


Etiketlər:  Əsrin yaxşı bombardirləri açıqlanıb


RƏYLƏR