Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 21:44
Qar hanı? İndi Çexiyanın dağ-xizək kurortlarına gələn turistlərin çoxu bu suala cavab axtarır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Avropada havaların ilin bu vaxtı üçün görünməmiş dərəcədə isti keçməsi məzuniyyətə gələnlərin çoxunun planlarını pozub. Xizək idmanını xoşlayan turistlərin axını zəifləyib, çünki Çexiya dağlarında hava istiləşdiyi üçün dağdan enmək və sürətlə xizək sürmə yarışlarının həvəskarları üçün əlverişsiz şərait yaranıb. Otel sahibləri zərərə düşüb, turistlər isə turların ləğv edilməsinə görə dilxordurlar.
Dağ-xizək kurortlarının çoxu işlərini məhdudlaşdırmağa məcbur olub, bəzi hallarda isə bir sıra trasları bağlamaq lazım gəlib. Rudnıye qorıdakı "Klin" və "Tellnetse", habelə Yizerskiye qorıdakı "Rokitnitse" mərkəzləri tamamilə bağlanıb.