Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 22:08
Çexiyanın Səhiyyə Nazirliyi bu il martın əvvəlindən peşə sahələrinin bütöv reyestri üzrə məcburi peyvəndlənməyə keçid barədə direktiv layihəsinin ilkin variantına razılıq verilməsi üçün hökumətə təqdim edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, nazir Vlastimil Valekin ofisi bunu dünən mətbuat üçün xüsusi məlumatında açıqlayıb. Bundan əvvəl "Dnes" qəzetində koronavirusun yeni ştamının təhlükəsi barədə geniş məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunur ki, "omikron" ştamının əmələ gəlməsi ilə xəstəliyin ağır gedişatı səbəbindən piylənmə və diabetdən əziyyət çəkən insanlar daha çox təhlükəyə məruz qalıb. Piylənmədən əziyyət çəkən 40 yaşlı kişinin risk kateqoriyasına aid olduğundan xəbəri yoxdur. Buna görə də vaksinlənmə risk qrupunda olanlara hədəflənməlidir. Məqalədə vurğulanır ki, vaksinlənmə risk qrupunda olmalarından bixəbər minlərlə insanın həyatını xilas edə bilər.
Müşahidəçilər güman edirlər ki, Səhiyyə Nazirliyinin yeni təşəbbüsü qəzetdə yayılan bu "xəbərdarlıq" məqaləsi ilə sıx bağlıdır.