Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər

Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər

Tarix: 6 Yanvar 2022 07:42

Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.

Saglamolun.az The Deccan Chronicle istinadla xəbər verir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.

Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.

4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis" xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun səviyyəsi isə 5% artıb.   

Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.

Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib. 


Etiketlər:  Kardioloqlar ürək üçün faydalı yağı təyin ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ