Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 08:06
Xəbər verdiyimiz kimi, Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, baş verən iğtişaşlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələrin göndərilməsi barədə qərar qəbul etməsinə səbəb olub.
Bundan başqa, ölkənin Almatı şəhərində antiterror əməliyyatı da keçirilib, hərbçilər arasında ölənlər də olub.
4 gündür davam edən aksiyalardan geriyə qalan bəzi fotoları təqdim edirik.