Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daşqınlar nəticəsində 9 nəfər ölüb

İranda daşqınlar nəticəsində  9 nəfər ölüb

Tarix: 6 Yanvar 2022 08:58

İranın cənubunda leysan yağışların sbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, İranın Milli Antiböhran İdarəsinin rəisi İsmayıl Neccar son sel və yağışlarda Fars əyalətində 5, Kirmanda 2, Sistan-Bəlucistan əyalətində 2 olmaqla, 9 nəfərin həyatını itirdiyini bildirib.

O, şiddətli yağışların 101 şəhər və 309 bölgəyə zərər vurduğunu xatırladıb. Qeyd edib ki, 17 əyalətdə vətəndaşlara yardımların çatdırılması davam edir.

Daha əvvəl Fars əyalətinin Darab rayonunun Yanğınsöndürmə İdarəsinin rəhbəri Mücahid Debistani İranın cənubunda leysan yağışların səbəb olduğu sel fəlakəti və ildırım vurması nəticəsində 3 nəfərin həyatını itirdiyini bildirib.


Etiketlər:  İranda daşqınlar nəticəsində nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ