Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 11:20
Aparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın hərbi xidmətdə olan övladı Nahid qayıdıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Z.Bayramova sosial şəbəkədə məlumat verib. Sevincdən oğlunun qucağına atılan ana hisslərini belə ifadə edib:
"Ura! Nahidim gəldi! Söz verdiyi kimi, qalib əsgər kimi gəldi! Allah bütün balaları qorusun, analar bax beləcə sevinsin".
Qeyd edək ki, cütlüyün Ceyhun adlı daha bir oğlu var.