Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mümkün olsaydı hər həftə doğardım''

''Mümkün olsaydı hər həftə doğardım''

Tarix: 6 Yanvar 2022 17:55

İsrailli model və aktrisa Qal Qadotın"Instyle" jurnalına verdiyi müsahibədə ana olmaqla bağlı işlətdiyi ifadələr təəccüblə qarşılanıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa imkanı olsaydı, tez-tez uşaq dünyaya gətirmək istəyərdi deyə bildirib:

"Mümkün olsaydı hər həftə uşaq dünyaya gətirərdim. Bu, çox sehrli bir şeydir. Həyat yaratdığını hiss etdiyin an inanılmazdır. Düzünü desəm, hamiləlik müddəti mənim üçün ağır keçir. Özümü xəstə hiss edirəm və miqrenim var. Ağır keçən çəkilişdən sonra evə qayıdıb analıq vəzifəmi yerinə yetirməyi sevirəm. Bu etdiyim ən çətin işdir: karyeram və ailəmlə eyni vaxtda maraqlanmaq".

Qız anası olan aktrisa onların həyatını mediyadan gizli saxlamağa, saf, təhlükəsiz şəkildə onları böyütməyə çalışdığını da əlavə edib.

Qeyd edək ki, Qalın 10 yaşlı Alma, 4 yaşlı Maya və 8 aylıq Daniella adlı üç qızı var.


Etiketlər:  Mümkün olsaydı hər həftə doğardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ