Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanın Kunduz şəhərinə edilən hücumda 25 nəfər ölüb

Əfqanıstanın Kunduz şəhərinə edilən hücumda 25 nəfər ölüb

Tarix: 1 Sentyabr 2019 21:56

Bakı. Trend:

Əfqanıstan təhlükəsizlik qüvvələrinin ən azı 20 üzvü və 5 mülki şəxs "Taliban" hərəkatının silahlılarının Kunduz şəhərinə edilən hücumu nəticəsində həlak olub.

Trend-in məlumatina görə, bu barədə "TOLO News" telekanalı bildirib.

Məlumata əsasən, daha 80 nəfər, əsasən mülki şəxslər yaralanıb.

Qeyd edilir ki, hal hazırda şəhər "Taliban" silahlılardan təmizlənib və hakimiyyətin nəzarəti altındadır. Hərəkatın 56 silahlısı məhv edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əfqanıstanın Kunduz şəhərinə edilən hücumda nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ