Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər ''omikron''un aşağı patogenliyini müəyyən ediblər - TƏDQİQAT

Alimlər ''omikron''un aşağı patogenliyini müəyyən ediblər - TƏDQİQAT

Tarix: 6 Yanvar 2022 22:27

Mütəxəssislər "omikron" ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar. "Omikron"la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.

Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində "omikron" "delta"dan daha yavaş yayılıb.


Etiketlər:  Alimlər omikronun aşağı patogenliyini müəyyən ediblər TƏDQİQAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ