Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin yeni transferi: ''Bakıya ailəm, hətta itim də gəlib''

''Neftçi''nin yeni transferi: ''Bakıya ailəm, hətta itim də gəlib''

Tarix: 7 Yanvar 2022 19:56

"Azərbaycana qayıtmağıma, bu cür komandanın şərəfini qorumağıma şadam".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi "bu gözəl layihənin bir parçası olmaq üçün səbirsizləndiyini" bildirib: "Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Bundan sonra keçirəcəyimiz ilk rəsmi oyuna 100 faiz hazır olacağam".

Təcrübəli oyunçu Azərbaycan dilini bilmədiyini etiraf edib: "Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha da mükəmməlləşdirmək olacaq. Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram".

O, "Neftçi"yə keçməmişdən öncə başqa təkliflərinin olduğunu da diqqətə çatdırıb: "Amma mən bu barədə danışmaq istəmirəm. Hazırda "Neftçi"nin futbolçusuyam və burada olduğum üçün xoşbəxtəm".

İsrafilov Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb: "Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq".

Futbolçu "Neftçi"dən gələn təklifə anası İradə İsrafilovanın da çox sevindiyini əlavə edib: "Bunlar şəxsi məsələlərdir, ona görə də çox danışmaq istəmirəm".

Qeyd edək ki, Eddi israfilov "Neftçi" ilə 2,5 illik müqavilə imzalayıb.


Etiketlər:  Neftçinin yeni transferi Bakıya ailəm hətta itim gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ