Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əqli qüsurlu şəxsin videosunu yayan şəxslərlə bağlı açıqlama

Əqli qüsurlu şəxsin videosunu yayan şəxslərlə bağlı açıqlama

Tarix: 7 Yanvar 2022 20:20

Quba rayonunda 3 nəfər əqli qüsuru şəxsin videosunu sosial şəbəkələrdə yayaraq gülüş obyektinə çeviriblər.

DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev qafqazinfo-ya bildirib ki, Qubada yayılan görüntülər daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb:

"Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub. Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşimançılıq keçirdiklərini bildiriblər. Zəruri olan bütün tədbirlər görülüb, paylaşımları sildirilib".


Etiketlər:  Əqli qüsurlu şəxsin videosunu yayan şəxslərlə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ