Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 20:36
Məşhur aktrisa Lili Kollinz illər öncə Britaniya kral ailəsi ilə keçirdiyi xatirələrdən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, uşaq vaxtı dəcəl olduğunu bildirən aktrisa atasının işləri ilə əlaqədar kral ailəsi ilə yaxın olduqlarını açıqlayıb.
Kollinz şahzadə Diana ilə olan fotosuna dair anı belə xatırlayır:
"Şahzadə Dianaya çiçəklər verirəm, amma o, onları götürmək istəyəndə çiçəkləri geri çəkdim. O zaman ətrafda yaranan əhval-ruhiyyəni təsəvvür etmək çətin deyil. Amma şirin libas geyinən balaca qıza kim əsəbiləşə bilər ki?
Bir dəfə isə oyun oynayarkən oyuncaq telefonu şahzadə Çarlzın başına atmışdım".