Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 00:50
Müğənni Xatirə İslam uzun müddətdir efirə çıxamamsının səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçinin instaqramdakı paylaşımlarından birindı prodüser-aparıcı Tarix Əliyev şərh yazaraq, onu proqramına dəvət edib. Xatirə isə onun dəvətinə belə reaksiya verib:
"Bilirsən ki, mənim üçün nə qədər dəyərlisən. Səni o qədər çox istəyirəm ki, sənə heç nəyə "yox" deyə bilmirəm. Buradan sənə söz verirəm, ilk sənin efirinə gələcəm. Görüm ayın 13-nə kimi nə qədər arıqlaya bilirəm".
Qeyd edək ki, X.İslam bundan əvvəl də açıqlamasında artıq çəkidən xilas olmağa çalışdığını deyib.