Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaca məşhur ulduzu canlandıracaq aktrisa məlum oldu

Dünyaca məşhur ulduzu canlandıracaq aktrisa məlum oldu

Tarix: 8 Yanvar 2022 10:24

Dünyaca məşhur kino ulduz Odri Hepburnun tərcümeyi-halı ilə bağlı filmdə baş rol məşhur aktrisa Runi Maraya həvalə edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "The Girl with the Dragon Tattoo" və "Carol" filmlərində oynadığı rollara görə iki dəfə Akademiya Mükafatlarına namizəd olan Runi Mara həm də filmin prodüseri olacaq.

Filmin rejissoru "Call Me by Your Name" filminə görə "Oskar" mükafatına namizəd olmuş uğurlu rejissor Luka Quadaqninodur. Ssenarini isə Maykl Mitnik yazacaq.

"Breakfast at Tiffany's", "My Fair Lady" və "Sabrina" kimi klassik filmlərdəki çıxışları ilə əfsanəyə çevrilən Hepburnun həyatından bəhs edəcək filmin məzmunu ilə bağlı təfərrüat hələ açıqlanmayıb.


Etiketlər:  Dünyaca məşhur ulduzu canlandıracaq aktrisa məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ