Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 13:55
Tanınmış aparıcı Hacı Nuran Hüseynov səhhətindən danışıb.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, ötən ilin noyabrında Almaniyaya müalicəyə gedən aparıcı tədbirlərdən birində görüntülənib.
Səhhəti ilə bağlı açıqlama verən Hacı Nuran çoxsaylı müalicələrdən sonra hazırda vəziyyətinin yaxşılaşdığını bildirib:
"Bir il əvvəl koronavirusa yoluxmuşdum. Ondan sonra məndə başqa xəstəliklər də baş qaldırdı. Dedim yəqin səhhətim düzələr. Sonra gördüm ki, vəziyyətim ağırlaşır və öz həkimimə müraciət etdim. Təcili Almaniyaya getdim. 1 aya yaxın müalicə olundum. 3-4 gündür Azərbaycana qayıtmışam. İndi sadəcə hərdən yorğunluq hiss edirəm. Həkimim deyir ki, gərək sakit həyat yaşayasan. Gün ərzində 10-15 yerə gedirəm. Çəkilişlər, tədbirlər olur".
Qeyd edək ki, aparıcı bir müddət əvvəl sosial şəbəkə hesabında "Yenə mənə yol göründü. Səhhətimlə bağlı Almaniyanın Düsseldorf şəhərindəki onkoloji klinikaya gedib, xərçənglə mübarizəmi davam etdirməliyəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir etdi" sözlərini yazaraq səhhətinin ağırlaşdığını bildirmişdi.