Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 15:34
Almatıda iğtişaşlar zamanı 11 yaşlı uşaq güllə yarasından ölüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin ombudsmanı Aruzhan Sain məlumat verib.
Sainin sözlərinə görə, uşaq yanvarın 5-də ailəsi ilə birlikdə gəzərkən aldığı güllə yarasından dünyasını dəyişib.
Həmçinin bildirilib ki, cümə günü silahlılar 15 yaşlı yeniyetmə və atasının olduğu avtomobili atəşə tutublar. Oğlan ağır güllə yarası ilə Almatıda uşaq xəstəxanalarında biri aparılıb. Uşağın atası da xəstəxanaya yerləşdirilib.