Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Üzdəniraqlar'' cərgəsində olmaq istəmirəm''

''''Üzdəniraqlar'' cərgəsində olmaq istəmirəm''

Tarix: 8 Yanvar 2022 18:05

"Ev çəkilişlərini, dövlətli olub-olmamaq barədə danışmağı sevmirəm. Bu gün imkanlarım həddən ziyadədədir. Bizi imkansızlar da izləyir. İstəmirəm, kimsə "bəxtəvərə bax" desin. Bəxtəvər sandıqları insanlar həyatda mücadilə edirlər".

Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova deyib. "Günün Sədası" verilişində qonaq olan ifaçı sənəd nümayəndələrinin yaşam tərzindən söz açıb:

"İllərlə sənətdə qazandıqları naliyyətləri ilə şərait qururlar. İnsanlar  qısqanmasınlar.  Həyatda pünhan yaşamağı xoşlayıram. 3-5 gün geyindiyim libaslar qatlanıb kənara qoyulur. Adıma-sanıma görə, gündəmdə qalmaq üçün şit işlər görə bilərəm. Lakin gözümün  qabağına ailəm, anam gəlir. Onlar məni şit hərəkətlərə yol verərkən görmək istəməzlər. "İnstagramda" "üzdən iraqlar" cərgəsində olmaq istəmirəm. Uşaqlıqdan bugünə qədər mənfi rəylər olmasın deyə, hər sahədə özümü toparlamağa çalışmışam".


Etiketlər:  Üzdəniraqlar cərgəsində olmaq istəmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ